hemle

Rayon yolları bağlanmadı

Tarix:19-03-2021, 18:09
Baxış Sayı:308

Bir neçə gündür sosial şəbəkələrdə Novruz bayramı ərəfəsində şəhərlərarası gediş-gəlişin dayandırılacağı ilə bağlı məlumatlar yayılmışdı. Günün birinci yarısında isə bəzi saytlarda Nazirlər Kabinetinin ötən il Bakıya giriş-çıxışa qoyulan məhdudiyyət qərarı yeni qadağalar kimi paylaşılmışdı.

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar siyahısında rayon yollarının bağlanması ilə bağlı müddəa yoxdur.

Bugünkü qərarlara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun saat 06:00-dək uzadılıb. Martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Həmçinin aprel və may aylarında ictimai nəqliyyat qrafiklə işləyəcək.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov da bu gün brifinqdə 9 günlük bayram tətilində yalnız ictimai nəqliyyat və karantin rejiminin uzadılması ilə bağlı qərar verildiyini bildirib.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?