Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə şəhid qadınlarımız ziyarət edildi. Artıq 27 ildir təşkilatımızın vasitəsi ilə belə tədbirlər hazırlanır və şəhidlərimiz yad edilir. Bizlər müharibə veteranı qadınlar öz bayramlarını şəhid olmuş döyüş yolldalarımız yəni şəhid bacılarımız ilə qarşılayırıq, 8 mart qadınlar bayramı günüdə şəhid qadınlarımızı ziyarətinə gedirik. Azərbaycanın ərazi bütövlüyü uğrundü gedən döyüşlərdə şəhid olmuş Azərbaycan qadınları ölkənin müxtəlif rayonlarında dəfn edilib. Biz bütün rayonlarda dəfn edilmiş şəhid qadınlarımızın da xatirəsini anaraq onların ruhlarına dualar oxutdururuq.
Şəhidlər xiyabannında şəhid qadınlarımızın ziyarətindən sonra isə 30 nəfər qadınımıza imkanlarımız daxilində könlümüzün sevgisini, təşkilatımızın diqqətini çatdırmaq üçün kiçik hədiyyələr verdik.
2020-ci ildə Azərbaycan Respublikasnın Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsətəyi ilə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Bitməyən əzab” filminin disrkləridə qadınlarımıza hədiyyə edildi. “Bitməyən əzab” filmi 1992-ci ildə Rusiyanın 366-cı motoatıcı alayının və Ermənistanın terrorçu ordusunun birlikdə Qarabağa hücumaları zamanı girov götürülmüş qadınlarımızın həyatı ilə bağlı filmdir. Biz həmin filmin disklərini paylamaqla girov götürülüb işgəncələrə məruz qalan qadınlarımızıda xatırladıq və həmin bacılarımıza biz sizi unutmadıq deyə müraciətimizi yolladıq. Ruhunuz şad olsun bacılarımız.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün şəhidlərimizə allah rəhmət eyləsin!
ATESH,AZ