hemle

Şəhid qadınlar ziyarət edildi: “Şəhidlər Xiyabanı”ndan REPORTAJ

Tarix:5-03-2021, 22:22
Baxış Sayı:1 828

Bu gün bir qrup I Qarabağ müharibəsi veteranları, bir qrup şəhid anaları, Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyi üzvləri “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər. Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyi təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlər xiyabanında şəhid qadınlarımız yad olunub.

Adalet.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Gültəkin əsgərova, şəhid döyüşçülər Qaratel Hacımahmudova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova və Xocalı faciəsi zamanı həlak olmuş iki qızcığaın. O cümlədən 20 yanvar şəhidlərinin qadın şəhidlərinin məzarı ziyarət olunub, ehtiram əlaməti olaraq məzarlarının üzərinə qırmızı qərənfil dəstələri düzülüb.

Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas müharibədə qəhrəmanlıqla döyüşmüş, düşmənə qarşı mübarizə aparmış qadınlarımızın şücaəti haqqında danışarkən vətənin dar günündə silaha sarılan qadınları düşmən çəpəri adlandırdı: “Qədimdən bir atalar sözü vardı, "Oğul düşmən çəpəridir" deyirlər. Oğulun vəzifəsi, borcu vətəni, ailəni qorumaqdı. Amma tarixən Azərbaycan qızı, Azərbaycan qadını xalqın ən ağır məqamlarında “çəpər” olmaqdan çəkinməyib. Məsələn, I Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstəriblər. Bu gün onlar unudulmur, xalqımız öz qəhrəman qadınlarını hər zaman hörmətlə anır.”

ədbirdə Respublikaİncəsənət Gimnaziyasıın şagirdi, qiraət istedadı ilə seçilən Mehdi Həsənov şəhidlərimizə aid, şeirlər, esselər söyləyərək dinləyənləri kövrəltdi.

I Qarabağ döyüşlərində yaxından iştirak etmiş Rüxsarə Cumayeva Qarabağ torpaqlarının düşmən tapdağında xilas olduğunu vurğulayaraq, Azərbaycan Ordusuna və Ali Baş Komandana bütün keçmiş döyüşçülər adından təşəkkürünü bildirdi: “Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanın siyasi iradəsi hesabına qisasınız yerdə qalmadı Əziz silahdaşlarımız, əziz şəhidlərimiz! Rahat yatın! Ruhunuz şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!”

Tədbirin sonunda I Qarabağ müharibəsindəşəhid olmuş qadınların, həmçinin Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidiArəstə Baxışovanın o cümlədən bütün şəhidlərin ruhuna dualar oxudu.

Əntiqə Rəşid
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir