Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilər Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli. 10 ilə yaxın bir zamandır 8 mart qadınlar günündə bir neçə QHT rəhbəri qadınımızı təbrik edir və hədiyyələr verir.
Sizə Emin Həsənlinin Azərbaycan qadınlarına hörmət, ehtiram və sevgi dolu ürək sözlərinidə təqdim edirik.
8 mart qadınlar günü olduğu üçün bəşəriyyət üçün , insanlıq üçün , çox böyük bir bayramdır. Əslində ilin bütün günləri qadınların günüdür. Qadınlarsız həyatın nəyinki bir günü , heç bir anı belə ola bilməz. Əgər olarsa belə , ən solğun və ən dəyərsiz bir an olar. 8 mart eyni zamanda kişilər üçün çox önəmi bir gündür. Qadınların cəmiyyətdə, ailədə, həyatın bir çox sahələrində müstəsna, əvəzolunmaz rolunu bu gün xüsusi olaraq bilirlər. 8 mart eyni zamanda qadınların əməyinin heç olmasa 1% qiymətləndirmək üçün, biz kişilərə verilən çox böyük bir şansdır. Xanımların əməyini yarısını qiymətlərdirmək belə qeyrı mümkündür. Xanımların fədakarlığını tam anlamaq və qiymətləndiymək biz kişlər üçün qeyri mümkündür. Onların fədakarlığının bu dünyada maddi və mənəvi qarşılığı yoxdur. Bu dünyada heçnə ilə qarşılığı olmayan fədakarlığa görə, həzrəti peyğəmbərimiz cənnət anaların ayaqlarının altındadır deyib. 8 martda xanımları təbrik etmək şansı əldə etiyimizə görə biz kişlər çox xoşbəxtdik. Mən ilin ən böyük şansdan istifadə edərək, Sizi 8 mart beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.Allah sizi və yaxınlarınızı qorusun.
Bizdə öz növbəmizdə Emin Həsənlinin yaxınları olan qadınları ürəkdən təbrik edirik.
Qov üzünüzdən gülüş, könlünüzdən sevinc əsgik olmasın xanımlar deyirik.
ATESH,AZ