hemle

8 Mart üçün pul yığsalar, bu nömrəyə zəng vurun!

Tarix:2-03-2021, 11:35
Baxış Sayı:339

Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə yarana biləcək xoşagəlməz hallarla bağlı ictimaiyyətə müraciət edib.

hemlemedia.az xəbər verir ki, müraciətdə bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə və ya elektron ünvanına müraciət etmələri qeyd olunur:

“Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir