hemle

Akar helikopter qəzasının ilkin səbəbini açıqladı

Tarix:5-03-2021, 08:27
Baxış Sayı:281

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması qəfil pisləşən hava şəraiti üzündən baş verib.

hemlemedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahidlərin ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfil pisləşən hava şəraitinə görə baş verib”, - o deyib.

“Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”, - Akar əlavə edib.

Nazir qeyd edib ki, faciənin ilk dəqiqələrindən etibarən müvafiq dövlət idarələri axtarış-xilasetmə işləri, yaralananların və həlak olanların cəsədlərinin evakuasiyası üçün bütün qüvvələri səfərbər edib.

Qeyd edək ki, Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi həlak olub, dördü yaralanıb.

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi