hemle

Türk ordusunun Şimali İraq tufanı - 700 hədəf məhv edildi

Tarix:20-06-2020, 19:37
Baxış Sayı:422

Bu ana qədər terrorçuların hinlərin, mağaralarına girildi, bunlar terrorçuların başlarına yıxıldı, yıxılmaqda da davam edəcək.

Atəş.az
xəbər verir ki, bu sözləri ötən gecə İraqla sərhədə gedən Türkiyə müdafiə naziri Hulusi Akar “Pəncə-Qaplan” əməliyyatından danışarkən deyib.

Müdafiə naziri bildirib ki, əməliyyat zamanı 150-dən çox terrorçuya məxsus mağaralar ələ keçirilib və məhv edilib: “Alçaqların tələ qurduğu 160 kustar üsullu partlayıcılar zərərləşdirilib. Çoxlu sayda silah-sursat və hərbi ləvazimat ələ keçirilib. Bu ana qədər hava və quru qoşunlarımız 700-dən çox hədəfi vurub”.

Nazir əlavə edib ki, Türk Silahlı Qüvvələri (TSK) konstitusiya çərçivəsində bundan sonra da üzərinə düşəni ləyaqətlə və uğurla həyata keçirəcək.

Xatırladaq ki, dünən gecə saatlarında müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı Ümit Dündar, Hava Qüvvələri Komandanı Həsən Küçükakyüz, Dəniz Qüvvələri Komandanı, admiral Adnan Özbal və II Ordunun komandanı Sinan Yayla Türkiyə ilə İraq sərhədinin sıfır nöqtəsində yerləşən Qara Qaya hərbi bazasına gəliblər.

Komandanlıq bütün gecə həyata keçirilən əməliyyata nəzarət edib.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq