hemle

SOCAR-la Qazaxıstan neft şirkəti arasında texniki saziş imzalanıb

Tarix:26-02-2021, 19:21
Baxış Sayı:308

Xəzərin Azərbaycan sektorundakı quyularında Qazaxıstanın “Sətti” qurğusu vasitəsilə aparılacaq qazma işlərinə dair texniki saziş imzalanıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun verdiyi məlumata əsasən, bu sazişdə qurğunun istismar qaydaları və prosedurları öz əksini tapıb.

Belə ki, ümumilikdə bu qurğunun istismarı ilə bağlı qərar və saziş hələ qurğu Bakıya gətirilən zaman imzalanıb. Qurğunun modernləşdirilməsi işləri başa çatdığından onun istismarına hazırlıq görülür. Yeni sazişdə onun istifadəsi ilə bağlı texniki məsələlər əksini tapıb.

Əlavə edək ki, Qazaxıstanın dövlət fondu “Samruk-Kazyna” mətbuat xidmətinin məlumatına əsasən, qurğunun istismarına dair texniki saziş Qazaxıstanın “KMG Drilling & Services” və Azərbaycanın “Caspian Drilling Company” arasında imzalanıb.

Xatırladaq ki, “KazMunayGaz”ın “Sətti” qazma qurğusu 2019-cu ildə Bakıya gətirilib. Qurğunun modernləşdirildikdən sonra SOCAR-ın Caspian Drilling Company (CDC) şirkəti tərəfindən Xəzər dənizi akvatoriyasında qazma əməliyyatlarına cəlb olunması nəzərdə tutulurdu.

Modernləşmədən sonra qurğu ilə 6 min metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyyəti artacaq.

Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulurdu. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir