hemle

Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

Tarix:24-02-2021, 19:01
Baxış Sayı:289


Qarlı və çovğunlu hava şəraiti məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə də təsir edib. Belə ki, bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

"Bakupost" sabah da bu cür hava şəraitinin davam edəcəyini nəzərə alaraq, məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı hansısa məlumat yoxdur:

"Məktəblərdə davamiyyət xeyli aşağı düşüb. Bu, daha çox kəskin hava şəraiti ilə bağlıdır. Tədris də bütövlükdə ənənəvi şəkildə deyil, qismən bərpa olunub. Daha çox distant formada keçirilir. Amma bütövlükdə dərslərin dayandırılması ilə bağlı hansısa məlumat yoxdur"

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?