hemle

Mayor Ziya Kazımov ev dustaqlığına buraxıldı

Tarix:24-02-2021, 12:58
Baxış Sayı:320

Baş Prokurorluq Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun həbsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən hemlemedia.az a bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb.

Bununla əlaqədar bildirilir ki, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Qeyd edək ki, mayor Ziya Kazımov Hadruta ilk daxil olan komandirlərdən biri olub. O, həmçinin, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini mühafizəsini təmin edib.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi