hemle

SOCAR hava şəraiti ilə əlaqədar əməkdaşlarını təhlükəsiz yerlərə köçürür - AÇIQLAMA

Tarix:23-02-2021, 13:38
Baxış Sayı:321

“Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”.

Bununla bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, artıq açıq səthlərdə aparılan işlər dayandırılıb, həmçinin idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub:

“45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən “Neft Daşları”na gətirilib”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Eləcə də, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın ikinci yarısında havanın dəyişəcəyi proqnozlaşdırılır. Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək. Daha çox həmin rayonlara qarın yağacağı gözlənilir.

Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı təxmin edilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir