hemle

Azərbaycanlı jurnalistlər Atatürkün və Rəsulzadənin məzarını ziyarət etdilər

Tarix:18-02-2021, 09:33
Baxış Sayı:263

Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət ediblər.

Modern.az xəbər verir ki, azərbaycanlı jurnalistlər Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti, Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı baş tutan səfər zamanı öncə Anıtqəbirdə Movzeley Kompleksində olublar.

Movzeleyin komandanı Hakan Osman Sərt Azərbaycanın Qarabağda əldə etdiyi zəfər münasibəti ilə jurnalistləri təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib. Vaxtilə Azərbaycanda 6 ay xidmətdə olduğunu deyən Hakan Osman Sərt Türkiyənin Azərbaycanın qələbəsinə sevindiyini bildirib.

Jurnalistlərə Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksi haqda geniş məlumat verilib.

“1938-ci ildə Mustafa Kamal Atatürk vəfat edincə, nəşinin bir Anıtqəbir inşa edilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalacağı açıqlandı. Anıtqəbir Kompleksinin Rasattəpədə tikilməsinə qərar verilincə, 1 mart 1941-ci ildə beynəlxalq tender elan edildi. Tender nəticəsində Emin Onat və Orxan Ardanın təqdim etdiyi proje yarışmanın qalibi oldu. 1944-cü ildə təməli atılan Anıtqəbir Kompleksi 1953-cü ildə tamamlandı. Atatürkün nəşi Etnoqrafiya Muzeyindən gətirilərək dəfn edildi”.

Məlumat üçün bildirək ki, Anıtqəbirdə muzey də mövcuddur. Bu muzeydə Atatürkün istifadə etdiyi əşyalar, hədiyyələr, orden-medalları, avtomobili, silahları saxlanılır.

Media mənsubları daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankardakı Əsri qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Əsri qəbiristanlığında M.Ə.Rəsulzadənin qəbirin üstündə Ankara bələdiyyəsi tərəfindən, memorial ucadılıb. Memorialın yanında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanır.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ