hemle

Millimiz bu gün İspaniya ilə qarşılaşacaq

Tarix:18-02-2021, 08:31
Baxış Sayı:339

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq.

Siyasət Əsgərovun başçılıq etdiyi komandanın heyətində yeganə itki Jalə Məhsimovadır. Rusiya "Zenit"ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməyib.

Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İspaniya yığması isə 6 görüşdən 16 xalla zirvədədir. Bu komandalar arasında ilk matç ispaniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa çempionatı

Seçmə mərhələ

20:00. Azərbaycan - İspaniya

Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya)

Bakı, "ASK Arena" stadionu.

Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.

Digər xəbərlər
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi