hemle

Tanınmış psixoloq evində ölü tapıldı

Tarix:16-02-2021, 19:21
Baxış Sayı:351

Tanınmış Türkiyəli psixoloq və yazar Doğan Cüceloğlunun meyiti, İstanbulda yaşadığı evdə aşkar edilib.

hemlemedia.az xəbər verir ki, 83 yaşlı psixoloqun ölüm səbəbi hələ bəlli deyil. Hadisə yerinə gələn polislər araşdırmaya başlayıblar.

Qeyd edək ki, Doğan Cüceloğlu 1938-ci ildə Mersinin Silifke qəsəbəsində çoxuşaqlı ailənin 11-ci övladı olaraq dünyaya gəlib.

İlk təhsilini Ankarada alan Doğan Cüceloğlu, daha sonra İstanbul Universitetinin Psixologiya Fakültəsindən məzun olub. ABŞ-da Doktoranturada təhsilini davam etdirən Doğan Cüceloğlu, dünyanın bir çox ölkəsində konfrans və seminarlarda çıxış edib.

Mərhum alim "Yeniden insan insana", "Savaşçı", "Geliştiren Anne-Baba" və.s. kitabların müəllifidir.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi