hemle

Həbs edilən baş həkimin yerinə təyinat olub?

Tarix:10-02-2021, 14:47
Baxış Sayı:356

Masallı rayon Mərkəzi Xəstəxanasına yeni baş həkimin təyin olmasıyla bağlı məlumatlar yayılıb. Xəstəxananın Konsultativ Poliklinka şöbəsinin müdiri Rasim Əzizovun sabiq baş həkimi əvəzlədiyi bildirilir.

“Qafqazinfo” məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb. TƏBİB-dən R. Əzizovun bu vəzifəyə təyin olunmadığı, baş həkimin səlahiyyətlərinin ona həvalə olunduğu bildirilib.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Binəqədi Rayon Məhkəməsində Cəlil Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib. O, tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət almaqda, sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlər hazırlamaqda ittiham olunur.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir