hemle

ŞƏKİ SÜVARİLƏRİ

Tarix:10-11-2018, 14:20
Baxış Sayı:660

Mayın 21-də Tərtərdə yerləşən 32-ci piyada diviziyasının 282-ci alayının yerinə yeni gələn Qırmızı Ordu hissələri verilən zaman özləri ilə bərabər 3-cü süvari Şəki alayının (Milli ordu) atlarını da aparmağa cəhd etdikdə əsgərlər silahlı müqavimət göstərmişdilər, əks tərəf öz növbəsində top atəşləri ilə cavab verdikdə Şəki suvariləri hücuma keçərək 282-ci alayın əsgərlərinin, demək olar ki, hamısını qırmışdılar.

Şəki alayını tələyə salmaq məqsədilə XI Ordunun Yevlaxdakı komandanlığı ona Bərdədən Yevlax istiqamətinə hərəkət etmək əmri verdi.

Süvarilər Yevlaxa hərəkətdə ikən Gəncə üsyanı barədə xəbərlər eşitdilər. Bu xəbəri dəqiqləşdirmək üçün Yevlaxa yola düşən alayın komandanı Ehsan xan Naxçıvanski onu müşayiət edən bir neçə hərbçi ilə birlikdə XI Ordu qərargahına gətirilərək dərhal güllələndi.

Əsgərlərin döyüşmək üçün Qarabağa tərəf hərəkət etdilər. Bu hadisə xalq içərisində və tarixi ədəbiyyatda «32-lərin dastanı» kimi qalmışdır.

Onlar Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500-ə yaxın olan yerli üsyançılarla birləşdilər. «32»lər üsyançıları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb, Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeni bir həftəyə qədər nəzarət altında saxlaya bildilər.

Üsyançılar XI Ordu hissələri ilə üç gün qanlı döyüşlər apardıqdan sonra qüvvətlərin bərabərsizliyi səbəbindən məğlub oldular.

Qeyd: Foto Milli Ordumuzun paradı zamanı çəkilib.

Azər Azadzadə Atəs

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR