hemle

General: "Azərbaycanın Türkiyədən aldığı minatəmizləmə maşınları istismara qəbul edildi"

Tarix:10-02-2021, 13:19
Baxış Sayı:326

"Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Bununla əlaqədar mühəndis istehkam bölmələrində hazırda tədris proqramı təşkil olunub”.

hemlemedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alıb: "Texnika istehsalçı şirkət tərəfindən hazır olduqca təqdim edilir”.

A.Kərimov bildirib ki, bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb: "Texnika müdafiə nazirinin müvafiq əmrinə əsasən tətbiqə qəbul edilib. Qısa zamanda texnika azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb ediləcək”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir