hemle

Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı

Tarix:10-02-2021, 09:53
Baxış Sayı:288

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb.

Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

Bir ay sonra isə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.

S.Nemətov vəzifənin icrasına başlayan kimi nazirliyə müraciət edərək kompleks yoxlama keçirilməsini istəyib. İdarədə aparılan araşdırmalar nəticəsində çoxlu nöqsanlar aşkar edilib və yekun nəticə nazirə məruzə olunub.

Bunun əsasında Suraxanı RPİ-nin Cinayət Axtarış İdarəsinin rəisi, İstintaq İdarəsinin rəisi, İdarəyə tabe olan 30-cu Polis Şöbəsinin, 31, 32 və 33-cü Polis Bölmələrinin rəis müavinləri, 31-ci Polis Bölməsinin rəisi İman Mehdiyev və digər yüksək rütbəli polis əməkdaşları nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir