hemle

Su ehtiyatlarına dair Milli Strategiya hazırlanacaq

Tarix:9-02-2021, 18:09
Baxış Sayı:278

"Hövzə şuralarının yaradılması, çayların idarəetmə planlarının hazırlanması, dövlət səviyyəsində tətbiqi qarşıda duran məqsədlərimizdir. Su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məsələsi qoyulub. Bu il ərzində strategiyanı hazırlayaraq hökumətə təqdim edəcəyik”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, bu sahədə qurumların rəyləri öyrənilir, onlarla mütəmadi danışıqlar gedir: "Startegiyanın tətbiqi bilavasitə qanunvericilikdə, beynəlxalq yanaşmada və idarəetmə prinsiplərində müəyyən dəyişikliklər və tələblər qoyulur. Mərhələlərə bölünüb, məqsəd və hədəflər müəyyən edilib. Hesab edirik ki, bu yaxınlarda bir çox qurumlardan bununla bağlı təkliflər alınacaq”.


Nazirlik rəsmisi həmçinin əlavə edib ki, qanunvericilikdə hövzə prinsipi bir maddədə ötəri şəkildə tətbiq olunub. Lakin onun prinsipi, onunla bağlı qanunvericilik aktları yoxdur: "Su məcəlləsi bunu inkar etmir. Əgər biz çaylarımızı hövzə prinsipi ilə idarə etsək, məsələn, "Yevlaxda su bol olar, Neftçalada su olmaz” amili ilə rastlaşmayacağıq. Hövzə prinsipinin tətbiqinə nail olsaq, suyun rejimi, bölüşdürülməsi ilə bağlı bir çox məsələlər öz həllini tapa bilər”.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...