hemle

TALIŞLAR HAQQINDA RUS YALANI

Tarix:10-11-2018, 14:01
Baxış Sayı:981

Ölkəmizdə yaşayan, qardaşlıq bağları ilə bir-birinə bağlanan insanları parçalamaq məqsədi ilə rus təxribatı hər zaman olub və davam edir.

Bunlardan biri də Muğan respublikası ilə əlaqəlidir. Guya Azərbaycanın cənub-şərqində məskunlaşmış iran dilli talışlar sovet hakimiyyətinin birinci on ilində, 1919-cu ilin yayında elan edilmiş və tezliklə türk ordusu tərəfindən qan içində boğululmuş Talış Muğan Respublikasının bərpa olunmasın arzulayrdılar.

Əslində isə bu xəyanət hərəkatının talışlarla heç bir əlaqəsi yoxdur. Muğan respublikası 1919-cu ilin may ayının 15-də elan olunub iyulun 23-nə kimi cəmi 68 gün mövcud olmuş, David Daniloviç Çirkinin, Timofey Ulyantsevin başçılıq etdiyi Muğan (Molokan) Sovet Respublikasının talışlara nə aidiyyəti var?

Muğanda molokan qiyamı yatırılanda türk ordusu artıq 7-8 ay idi ki Azərbaycanı tərk etmişdi. Bolşeviklərin dəstək verdiyi bu qiyamı yerli türk və talış əhalinin yardımı ilə general Həbib bəy Səlimovun komandanlığı altında Azərbaycan ordusu yatırdı.

Yerli əhalinin fəal iştirakı ilə muğanda rusların qiyamı yatrıldıqdan az sonra, 1919-cu ilin avqust ayının 9-da Parisdə olan Əlimərdan bəy Topçubaşov Versal Ali Şurasına report təqdim etdi ki, Azərbaycan Cümhuriyyətinin cənubunda bolşeviklərin dəsəklədiyi molokan qiyamı ləğv edilmişdir.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı