hemle

Qolunda bilərzik evə qayıtdı

Tarix:10-11-2018, 11:14
Baxış Sayı:498

Britaniya kütləvi informasiya vasitələri Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısının həyat yoldaşı Zamirə Hacıyevanın azadlığa buraxılması haqqında reportaj yayımlayıblar.

Dünən London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq həcmində girov müqabilində azadlığa çıxmış Zamirə Hacıyeva gecə saatlarında evinə qayıdıb.

Britaniya nəşri polis məntəqəsindən evinə qayıdan Z.Hacıyevanın fotoşəkillərini yayıb.

Xatırladaq ki, Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılacaq gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı