hemle

Qətldə ittiham olunan güləşçi yığmamızdan kənarlaşdırıldı

Tarix:28-01-2021, 10:41
Baxış Sayı:314

Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev milli komanda üzvləri siyahısından kənarlaşdırılıb.

Federasiyadan "Report"a verilən məlumata görə, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.

Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.

Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.

Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi