hemle

“YAŞAT" Fondu tərəfindən daha üç nəfərin əməliyyatı təmin edilib - FOTO

Tarix:19-01-2021, 20:02
Baxış Sayı:310

“YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Fond tərəfindən bu gün daha 48 şəhid ailəsi üzvünün özlərinin müəyyən etdiyi tibbi zərurət üzrə müayinədən keçirilməsi, üç nəfərin isə əməliyyatı təmin edilib.

Həmçinin, qazilərimiz Nəsirov Kənan Füzuli oğlunun müalicəsi ilə əlaqədar yaranan əlavə xərclər, Xaliqov Seyidəkbər Vaqif oğlunun və Səmədov Elnur Eldar oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqamətindəki müraciətləri “YAŞAT” Fondu tərəfindən təmin ediləcək.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.



Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?