hemle

“Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq” - GƏLİŞMƏ

Tarix:18-01-2021, 16:02
Baxış Sayı:255

“Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə də bu dəhliz mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir”.

Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.

Qeyd etmək lazımdır ki, Naxçıvan dəhlizinin açılması həm də bəzi məhsulların ucuzlaşmasında da böyük rolu oynayacaq.

İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, nəqliyyat xərclərinin azalması, məhsulların qiymətində də dəyişikliyə səbəb olacaq:
“Türkiyədən daha qısa yolun Azərbaycana açılması nəqliyyat xərclərinin azalmasına səbəb olacaq ki, bu da öz təsirini məhsulların maya dəyərinin ucuzlaşmasında özünü göstərəcək.

Amma, bu yolun hansı şərtlər daxilində açılması, nə zaman fəaliyyətə verilməsi sual altındadır. Ümid edirik ki, yaxın zamanda istifadəyə verilər”.

N.Cəfərlinin sözlərinə görə, Naxçıvandan açılacaq yol daha qısa olduğu üçün tranzit xərclərində də daha sərfəli olacaq:
“Demək istəyirəm ki, Bakı-Tiblisi-Qars dəmir yolu işləyir, yəni dəmir yolu vasitəsi ilə yükdaşımalar həyata keçirilir. Sadəcə, Naxçıvandan açılacaq yol daha qısadır. Qısa olması həm zaman baxımından, həm də tranzit xərclərində daha sərfəli olacaq, nəqliyyat xərcləri daha ucuz başa gələcək. Buna görə də məhsulların qiymətində də dəyişikliklər baş verəcək.

Bunlar tələb və təkliflərdən, Türkiyədən gələn məhsulların ümumi çeşidindən, gömrük siyasətindən və gömrük rüsumlarından da aslıdır. Belə məsələlərə kompleks yanaşmaq daha düzgün olar.

Yeni yol açıldıqdan sonra Azərbaycan bazarında müəyyən məhsulların qiymətinin düşməsinin şahidi ola bilərik”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir