hemle

Şəhərlər və rayonlararası sərnişindaşımaların fəaliyyəti bərpa olunur? - AÇIQLAMA

Tarix:16-01-2021, 16:03
Baxış Sayı:322

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixi qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində şəhərlər və rayonlararası hərəkətə icazə verilir.

Bu məsələ əhali arasında müəyyən çaşqınlıq yaradıb.

Bəs əhali yanvarın 25-dən şəhərlər və rayonlararası sərnişindaşımadan istifadə edə biləcək?

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bunun şəhərlər və rayonlararası sərnişindaşımaya şamil olunmadığını bildirib.

Xatırladaq ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu gün verilən qərara zidd olmayan hissədə qüvvəsini saxlayır.

Həmin qərara əsasən, ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir