hemle

Ərdoğana peyvənd vuran həkim Türkiyədə gündəm oldu

Tarix:15-01-2021, 10:44
Baxış Sayı:317

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən peyvənd olunduğunu açıqlayıb.

hemlemedia.az-ın xəbərinə görə, bu barədə teleqram kanalında məlumat verən Ərdoğan “Mən də peyvənd olundum”,- deyə qeyd edib.

Ankara Şəhər Xəstəxanasında heyəti ilə birlikdə peyvənd olunan dövlət başçısı xəstəxana çıxışında jurnalistlərə açıqlama verib: “Bizim peyvəndlər gələn kimi nazirimiz ilk peyvəndi özünün vurduracağını dedi və dünən peyvənd olundu. Başda siyasi liderlər olmaqla bütün millət vəkillərimiz bu kampaniyanı gücləndirmək üçün peyvəndlənmə nöqtələrində təşviqat aparsalar, bunun çox effektiv olacağına inanıram. 25, 30 milyon doza peyvənd gətiriləcək. Bu müddətdə ölənlərə Allahdan rəhmət diləyirəm”.

Ərdoğanın peyvənd olunduğu anın fotoları sosial mediada böyük marağa səbəb olub. İstifadəçilər peyvəndi vuran həkimi İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğluna bənzədiblər. İmamoğlu bir tvitter istifadəçisinin “İmamoğlumu?”- deyə sual verdiyi tvitinə “Xeyr, mən deyiləm”,- deyə gülən üzlü emoji ilə cavab verib. Ərdoğana peyvənd tətbiq edən həkimin daxili xəstəliklər üzrə mütəxəssis Dos. Dr. İhsan Ateş olduğu bildirilib.

Ərdoğana peyvənd vuran həkim Türkiyədə gündəm oldu

Ərdoğanı xəstəxanada müşayiət edən səhiyyə naziri Fəxrəddin Qoca da bunları qeyd edib: “Bu epidemiyadan qurtulmanın ən vacib yolunun peyvənd olduğunu bilirik. Bu səbəbdən inanıram ki, bütün vətəndaşlarımız növbəsi çatanda peyvənd olunmalıdır”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir