hemle

Mövlud Çavuşoğlu azərbaycanlı həmkarının iştirakı ilə keçiriləcək toplantıları anons etdi

Tarix:11-01-2021, 17:01
Baxış Sayı:329

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 12-də Pakistana səfər edəcək.

Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının Xarici İşlər naziri Tahsin Ertuğruloğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Çərşənbə günü İslamabadda Türkiyə-Pakistan-Azərbaycan üçtərəfli toplantısı keçirəcəyik. Bu toplantının bir məqsədi də eyni formatda zirvənin hazırlığını aparmaqdır.

Bundan əlavə, Azərbaycanın Xarici İşlər naziri ilə də İslamabadda ikitərəfli bir görüş keçirəcəyik, baş verən son hadisələri qiymətləndirəcəyik.

Cənab Prezidentimiz yeni ildən sonra türk cümhuriyyətlərinin prezidentləri ilə telefon danışıqları aparıb. Bu danışıqlar zamanı qarşıdakı dövrdə həyata keçirəcəyimiz toplantı və ziyarətlər müzakirə olundu.

Məsələn, həm Türkmənistan prezidenti ilə ikitərəfli ziyarət baş tutacaq, həm də Türkiyə-Türkmənistan-Azərbaycan XİN rəhbərlərinin zirvə görüşləri keçiriləcək”, - deyə M.Çavuşoğlu bildirib.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ