hemle

Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar

Tarix:11-01-2021, 11:04
Baxış Sayı:312

Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri etirazla nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, “armeniasputnik” saytının məlumatına görə, hava limanı yaxınlığına toplaşan etirazçılar hökumət rəhbərinin Rusiyanın paytaxtına getməsinə mane olmağa çalışıblar.

Etirazçılardan biri bildirib ki, Paşinyan “Zvartnots” hava limanına çataraq Moskvaya getməyi bacarıb.

Bundan başqa əlavə edib ki, Baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistan hava məkanı onun üçün bağlanacaq.

“Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - deyə etirazçı vurğulayıb.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.



Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR