hemle

“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi

Tarix:8-01-2021, 10:08
Baxış Sayı:687

Vətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Yusifov Abbas ailə həyatı qurub.

"Qafqazinfo"nun məlumatına görə, o, bu gün sevdiyi xanımla rəsmi nikaha daxil olub.

Cütlüyün nikah mərasimindən çəkilmiş fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Sevdiyi xanımın qazimizə olan sevgisi rəğbətlə qarşılanıb.

Əməkdaşımızla söhbət edən qazi Abbas Yusifov bildirib: "Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndçimdir. 2019-cu ildə isə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, məni heç vaxt atmaz. Ailəsi də bunu müsbət qarşıladı".

“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi

Qeyd edək ki, Yusifov Abbas Mədəd oğlu 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. O, daha sonra 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2018-ci ildə təhsilini başa vuraraq Tərtərdə N saylı hərbi hissədə xidmətə başlayıb.

Leytenant Yusifov Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi qatılıb. O, Suqovuşan və Talış istiqamətində döyüşüb. Zabitimiz sentyabrın 30-da Talış kəndində minaya düşüb. Nəticədə hərbçimizin sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olunub. Qazimiz dekabrın 15-də Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Digər xəbərlər
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı