hemle

Səhiyyə Nazirliyi koronovirusla bağlı əhaliyə çağırış etdi: Martın 29-dək…

Tarix:7-01-2021, 09:46
Baxış Sayı:282

Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.
Bu barədə R.Əliyev AzTV-nin “Hədəf” verilişində deyib.
Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.
“Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır.
Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun tədbirlər görür.
Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq.
Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, – deyə nazir müavini qeyd edib./oxu.az

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı