hemle

Bakı Şəhər Baş Polis İdarəsinə yeni TƏYİNAT

Tarix:6-01-2021, 13:01
Baxış Sayı:361

edium]http://hemlemedia.az/uploads/posts/2021-01/1609923687_1609919809_teyinat.jpg[/medium]



Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı həyata keçirilib.

hemlemedia.az xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Bəkir Qarayev vəzifəsindən azad edilib.

B.Qarayev Bakı şəhər BPİ-nin rəisi, polkovnik Əkbər İsmayılovun şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Bəkir Qarayev Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Qalib Qarayevin oğludur. B.Qarayev 2015-ci ildə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi olarkən apardığı cinayət işlərinin istintaqında nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilmişdi. O, Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunmuşdu.

Daha sonra 2019-cu ili iyulunda isə Gəncə ŞBPİ-yə İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilmişdi.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir