hemle

Türk dilində təhsil yenidən gündəmdə - Layihə İran parlamentinə təqdim olundu

Tarix:2-01-2021, 11:41
Baxış Sayı:374

İranda türk dilinin orta və ali məktəblərdə tədris olunması məsələsi yenidən gündəmə gəlib. GAMOH-dan Cebhe.info-ya verilən məlumata görə, İran parlamentinin 29 azərbaycanlı deputatı bununa bağlı layihə hazırlayıb. Qeyd edək ki, İran konstitusiyasının 15 və 22-ci maddələrinə əsasən qeyri-fars dilləri orta və ali məktəblərdə tədris oluna bilər.

Xatırladaq ki, Xalxaldan Seyid Qəni Nəzəri Xanqah, Təbrizdən Məhəmməd Hüseyin Fərhəngi, Əhər və Herisdən Əhməd Məhərrəmzadə, Kəleybərdən Hüseyin Hatəmi, Parsabaddan Abbas Cahangirzadə, Takistandan Rəcəb Rəhmani, Sulduzdan Əli Zəncani Həsənluyi, Şəbistərdən Cəfər Rasti, Vərziqandan Allahverdi Dehqani bu layihəyə dəstək verib.

“Ana dilində təhsilə bir çox insan haqları nizamnamələrində, o cümlədən dil ilə bağlı beynəlxalq çağırışlarda, etnik, dil və dini azlıqlara mənsub şəxslərin hüququ haqqında beynəlxalq fərdi haqlar bəyanatının 3-ü və 4-cü bəndlərində, uşaq haqları konvensiyasının 30-cu maddəsində və beynəlxalq mədəni-siyasi hüquq razılaşmasının 27-ci maddəsində”-deputatların hazırladığı layihədə belə deyilir.

Sənəd İran İslami Məşvərət Məclisinə təqdim olunub.

Xatırladaq ki, İranda 40 milyona yazın türk yaşayır, onların ana dilində təhsil hüququ yoxdur.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR