hemle

Təbrizin millət vəkili: “Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”

Tarix:2-08-2019, 16:12
Baxış Sayı:990

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Zəhra Sai ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlər səsləndirib.
O bu barədə iyulun 30-da parlamentdə çıxışı zamanı danışıb.

“İnsan dilin qəlibi və çərçivəsində düşünür, bu çərçivədə duyğu və hissiyatını ifadə edir. Ana dili ona görə mühümdür ki, bəzən bir sözdə bir çox inam, ənənə, mif və tarix öz ifadəsini tapır. Bir kələmənin aradan getməsi yerli mədəniyyətə aid böyük həcmdə biliyin itirilməsi deməkdir.
Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?! Konstitusiyanın 15 və 19-cu maddələri də buna icazə verir. Mən ana dilimi gizlədə bilmərəm. Bu, bir ədalətsizlikdir. Qanuna görə, hər kəs ana dilini öyrənmək hüququna malikdir.”- deyə o vurğulayıb.

Millət vəkili çıxışının son hissəsində təhsil nazirindən məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunması məsələsinə yenidən baxılmasını tələb edib. O bildirib ki, bu məsələ Azərbaycan əhalisinin narazılığına səbəb olub./TürkünÖzü TV/

Zəhra Sai sözlərini ana dili ilə bağlı türkcə bir şeir deyərək sona çatdırıb.

Ötən günlərdə Təhsil Nazirliyi tərəfindən məktəblərdə tətbiq olunan “farsca yetərlilik” testinə qarşı etiraz edənlərin sıralarına bir neçə millət vəkili də əlavə olunub.
İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. Artıq testin məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunmasına başlanılıb.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR