hemle

Ermənilər azərbaycanlı əsgərin meyitin yandırdı - 18+VİDEO

Tarix:29-12-2020, 21:22
Baxış Sayı:488


Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:
"Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb".
"Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq", Ombudsman Aparatından bildirilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir