hemle

TƏBİB: “Antibiotiklər çox ağır dərmanlardır, profilaktik məqsədlə istifadə üçün deyil”

Tarix:12-12-2020, 13:56
Baxış Sayı:297

Əhali arasında qızdırmasalıcı preparat kimi və vitamin əvəzinə antibiotiklərdən çox istifadəni müşahidə edirik. Təəssüf ki, bu hal çox geniş yayılıb.

Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, antibiotiklər çox ağır dərmanlardır, xəstələrin onlardan ev şəraitində istifadə etməsi qəti şəkildə yolverilməzdir.

N.Mustafayeva bildirib ki, profilaktik məqsədlə antibiotikdən istifadə edilməməlidir:

“Qızdırmanın olması da antibiotikdən istifadə üçün göstəriş deyil. Antibiotiklərdən istifadə etmək üçün qan analizi və digər müayinələr aparılmalı və buna ehtiyacın olması sübuta yetirilməlidir. Biz bununla xəstənin antibiotikə olan ehtiyacını təyin etməliyik ki, bu preparatı nə zaman və hansı dozada istifadə edə bilərik”.

N.Mustafayeva qeyd edib ki, antibiotikdən yersiz istifadə edilərsə, ehtiyac yaranan zaman həmin preparatdan istifadə səmərə vermir:

“Antibiotikdən lazımsız yerə istifadə edildiyi zaman xəstədə ona qarşı davamlılıq yaranır. Buna görə də antibiotikə həqiqi ehtiyac yaranan zaman ondan istifadə edə bilmirik və xəstələri itiririk”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir