hemle

Azərbaycanda əhalinin böyük hissəsi xəstədir - Koronavirusla bağlı MÜHÜM AÇIQLAMA

Tarix:8-12-2020, 10:53
Baxış Sayı:327

Ölkədə yoluxmanın mövcud artım tendensiyasını qırmaq üçün məhdudlaşdırıcı tədbirlər mövzusunda müxtəlif təkliflər səsləndirilir. Koronavirusa təkrar yoluxma ilə bağlı yeni araşdırmalar olsa da, burada bəzi ziddiyyətlər də mövcuddur.

hemlemedia.az "ARB24"ə istinadən xəbər verir ki, tanınmış həkimlər COVID-19 virusu ilə mübarizədə hansı tədbirlərin yoluxma sayının azalmasına səbəb olacağından danışıblar.

Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib ki, karantin tədbirlərinin getdikcə sərtləşdirilməsi ilə xüsusi nəticə əldə olunmayacaq: "Çünki insanların karantin rejimini iqnor etməsi, karantin davranışlarını gözləmələri əslində böyük bir infeksion potensial yaradıb. Biz onun nəticələrini bu gün yaşayırıq. Biz kollektiv immunitetə doğru gedirik. Əhalinin böyük bir hissəsi xəstədir".

Türkiyə Hacıtepe Xəstəxanasının həkimi Turanə Rəsulova isə hesab edir ki, koronavirusu yüngül keçirən xəstələrdə antikor cismi aşağı olduğu üçün təkrar yoluxma halları müşahidə olunur: "Bu dəfə təkrar yoluxma zamanı xəstəliyin ağırlıq dərəcəsi çox ciddi olur. Amma xəstəliyi birinci dəfə ağır keçirənlərdə antitel yüksək olur".

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?