hemle

Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşılaşır - VİDEO

Tarix:19-07-2020, 15:54
Baxış Sayı:517

Ölkəmizdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi koronavirusla mübarizədə yaxşı nəticələr verməyə başlayıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı getdikcə azalır.

hemlemedia.az saytı “Yeni Gündəm” saytına istinadən xəbər verir ki, son günlər yoluxma ilə bağlı müsbət tendensiya müşahidə edilir.

Məsələn, iyulun 15-dən bəri koronavirusa yoluxanların sayı azalır, bu xəstəlikdən sağalanların sayı isə çoxalır.Başqa sözlə, sağalma yeni yoluxmanı üstələyir.

Həkim-mütəxəssislərin dediyinə görə, koronavirus pandemiyasında müsbət tendensiya kimi ən mühüm göstəricilərdən biri sağalanların sayının yeni yoluxanlara nisbətən çox olmasıdır.

Qeyd edək ki, artıq iyulun 16-dan etibarən koronavirusa yoluxma hallarında göstərici 500-dən aşağı enib.

Əgər iyulun 15-də koronavirusa yoluxanların sayı 559 nəfər (sağalan -545) idisə, iyulun 16-da bu göstərici 493 (sağalan- 561), iyulun 17-də 471 (sağalan-549) olub.

COVID-19 infeksiyasından ölənlərin sayında isə son günlər azalma müşahidə edilməsə də (orta göstərici 6-8 arası) artım da yoxdur.

Ümumi göstərici isə onu deməyə əsas verir ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, daha müsbət nəticələrə də nail olmaq mümkündür.

Onun fikrincə, virusla mübarizədə yaxşı nəticələr əldə etmək üçün təkcə həkimlərin fədakarlığı, eləcə də dövlətin həyata keçirdiyi siyasət kifayət etmir. Vətəndaşların da üzərinə böyük məsuliyyət düşür.
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir