hemle

Bu tarixdən Azərbaycanda karantin rejimi 2 həftəlik sərtləşdirilə bilər - AÇIQLAMA

Tarix:7-12-2020, 13:38
Baxış Sayı:376

Son iki ayda Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, yoluxanların sayı 4000-ni, ölənlərin sayı isə 40-ı keçib. Bir neçə gün öncə keçirilən Operativ Qərargahın brifinqində 2 həftəlik qapanmaya gediləcəyi ilə bağlı açıqlama verildi. Bu qapanmanın dekabrın 15-dən qüvvədə olacağı iddia edilir. Dekabrın 15-dən yenidən 2 həftəlik karantin rejimi sərtləşdirilə bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, 2 həftəlik sərt karantin rejimi tədbiq edilə bilər:

"Təəssüf ki, gündəlik yoluxmaların sayı azalmır, əksinə yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Rəqəmlər 4300-4500 arasında dəyişir. İstənilən halda yoluxmaların sayında artım gözləniləndir. Soyuq havada bütün xəstəliklər baş qaldırır. Həmçinin xəstəliyin artması da koronavirusun aktivləşməsinə yol açır. Qarşıdan Yeni il gəlir və insanlar bir-birinin evinə gedir, bayramı birlikdə qeyd etməyə üstünlük verirlər. Düzdür, virusa görə insanlar evdən kənara çıxmamağa çalışır. Ancaq yenə də belə hallar ola bilər.

Restoranlarda da bayrama görə sıxlıq ola bilər. Hesab edirəm ki, karantin rejimini 15 gün sərtləşdirmək yaxşı olar. Amma yenə də iqtisadi tərəfləri mütləq şəkildə araşdırmalıdır. Qapanmaya gediləndə iş yerləri bağlanılır. Ona görə də bu məqamlar da diqqətdə saxlanılmalıdır. 15 günlük qapanma yoluxanların sayının azalmasına səbəb ola bilər. Bu gün yoluxmaların sayının azalmasına ehtiyac var. Demək olar ki, xəstəxanalarda yer yoxdur".
(sonxeber)

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?