hemle

“Polis” qəzeti fəaliyyətini dayandırdı

Tarix:26-11-2020, 17:03
Baxış Sayı:496

Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş “Polis” qəzeti fəaliyyətini dayandırıb.

hemlemedia.az xəbər verir ki, qəzet beş minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində nəşr olunurdu.

Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin ideyaları Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş “Mübariz keşikdə” qəzetində davam etdiriləcək.

Belə ki, adıçəkilən qəzet polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək, polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir