hemle

Şəhid polkovnikdən döyüşqabağı tapşırıq - Ya qazi, ya da şəhid olmalıyıq - VİDEO

Tarix:24-11-2020, 10:12
Baxış Sayı:424

Azərbaycan əsgəri bir daha səngərdən üzüyuxarı baxmamalıdır.

Azərbaycan əsgəri daim dağın üstündə, zirvələrdə oturmalıdır.

Modern.az-ın məlumatına görə, bunu noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək Şəhid olan polkovnik Babək Səmidli ölümündən əvvəl döyüş qabağı əsgərləri qarşısında çıxış edərkən deyib.

Şəhid polkovnik bildirib ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib: "30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".

Şəhid polkovnik bildirib ki, Azərbaycan əhalisi əsgərinə və ordusuna güvənir: "Mən şəxsən qadın tanıyıram ki, cehizlik yorğan və adyalını əsgər üçün göndərib. Belə bir xalqın üzünə necə baxa bilərik? Odur ki, bizə dəmir nizam-intizam, komandirlərin tapşırıqlarını yerinə yetirmək və təlim-məşqlərə yüksək səviyyədə hazırlaşmaq qalır. Hücum tapşırığı gələn kimi Azərbaycan əsgəri şığıyaraq qalan düşməni də məhv etməlidir. O müqəddəs torpaqlarda donuzlar gəzməli deyil, Azərbaycan vətəndaşları yaşamalı, dağıdılmış məscidlərdən azan səsi yüksəlməlidir. Bizim qarşımızda başqa heç bir məqsəd qoyulmayıb. Rayonlarımız işğaldan azad edilib, çox az sayda şəhid vermişik. Lazım olsa yenə şəhid verməliyik. Heç kim başqa nəsə düşünməməlidir".

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq