hemle

Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyi Iğdırda yoxsul ailələrə yardım paylayıb

Tarix:18-11-2020, 13:15
Baxış Sayı:711

Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyi Iğdırda yoxsul ailələrə yardım paylayıb


ATESH,AZ saytı xəbər verir ki, bu barədə Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Qərbi azərbaycan icmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr. Derya Akdemir icmanın adından Iğdırın Kızzəkir kəndində yaşayan imkansız ailələrə yardım aparıb. Araşdırmaçı yazar mediaya açıqlamasında bildirib ki, bu kənddə yaşayan əslən Azərbaycanlı olan ailələrə aparılan yardımlar onların hədsiz köməyinə səbəb olub: "Bu kimi fəaliyyətləri icmamız adına bundan sonra da davam etdirmək niyyətindəyik. Həmin yardımları paylayanda o uşaqların, o körpələrin sevincini görməli idiniz. Onlar həmin isti paltarları, ayaqqabıları geyinəndə mən də onlarla bir yerdə isinirdim. Və insanların bir biri ilə yardımlaşaraq, həmrəylik nümayiş etdirərək yaşamalı olduğuna özlüyümdə qənaət gətirirdim. Bizə bu apardığımız yardımlarda öz dəstəyini əsirgəməyən Qərbi Azərbaycan İcmasının rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk. Onların mənəvi dəstəyi sayəsində bizlər də burda Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyi olaraq dəyərlərimizə, gələcək nəsillərə sahib çıxmağa səy göstəririk və bundan sonra da eyni şövqlə çalışmağa davam edəcəyik".



Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ