hemle

Şuşa! Heç yerdə getməyən eksklüziv görüntülər: erməni genosidinə məruz qalmış şəhərimiz - VİDEO

Tarix:16-11-2020, 19:42
Baxış Sayı:505

Şuşada olan əsgərlərimizdən biri MusavatTV üçün eksklüziv görüntülər çəkib. Bunu ondan biz xahiş etmişdik. Adının çəkilməsini istəməyən əsgərimiz deyir ki, şəhər azad olunandan sonra yayılan görüntülər əsasən şəhərin mərkəzindən çəkilənlərdir. Oralar nisbətən abaddır və həyat nəfəsi hiss olunur.

Lakin şəhərin əksər hissəsi baxımsızlıqdan xaraba qalıb. Əsgərimiz bu video-kadrlarda məhz həmin hissəslərin görüntülərini təqdim edir. Həmin görüntülərdə tarixi Şuşa məscidi də var. Şuşa da işğaldakı digər şəhərlərimiz kimi, erməni genosidinə, barbarlığına məruz qalıb.

Təqdim etdiyimiz görüntülərdə bir qədər "Cıdır düzü" fraqmentləri də var. Lakin kadrlarda hərbi əhəmiyyəti ola biləcək detallar olduğu üçün, bəzi məqamları kəsdik.

Şuşa yenidən qurulmalı, əvvəlki gözəl, əsrarəngsiz halına gətirilməli, oraya milli nəfəs qayıtmalıdır.

Qüdrətli Azərbaycan dövləti ən qısa zamanda bu tapşırığın da öhdəsindən layiqincə gələcək!

Şuşa Azərbaycandır! Şuşa ürəkdir!

Qeyd: Bu eksklüziv kadrlar üçün Azərbaycan Ordusunun qəhrəman əsgərinə təşəkkür edirik!
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir