hemle

DTX: Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb

Tarix:4-11-2020, 16:56
Baxış Sayı:487

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilmiş, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılmışdır.

Qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunmuşdur.

Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.

Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq.

Digər xəbərlər
13:10 Qaraçılarla bağlı narahatlıq yaranarsa, nə etməli? – DİN-dən açıqlama
13:06 Rusiya diqqəti indi də bu ölkəyə yönəldib: Dünya savaşı başlaya bilər
13:05 İranın Zəngəzurdakı konsulluğu hərbi bazadır? - Gizlinlər ortaya çıxdı
12:47 Azərbaycanda xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir
12:25 Ermənistan Aİ-nin “qara siyahısı”nda qalacaq? - Yekun qərar bu səfərdən sonra veriləcək
12:12 Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq
12:09 Pensiya ilə bağlı yeni sevindirici xəbər - Nazirlik açıqladı
12:08 DİN-dən vətəndaşlara daha bir çağırış: Bu zənglərə cavab verməyin