hemle

Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq

Tarix:Dünən, 12:12
Baxış Sayı:467

Gələn həftə Azərbaycana Yay fəsli daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək.

Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.

Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Digər xəbərlər
14:21 Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
14:06 Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
13:38 Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
13:10 Qaraçılarla bağlı narahatlıq yaranarsa, nə etməli? – DİN-dən açıqlama
13:06 Rusiya diqqəti indi də bu ölkəyə yönəldib: Dünya savaşı başlaya bilər
13:05 İranın Zəngəzurdakı konsulluğu hərbi bazadır? - Gizlinlər ortaya çıxdı
12:47 Azərbaycanda xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir
12:25 Ermənistan Aİ-nin “qara siyahısı”nda qalacaq? - Yekun qərar bu səfərdən sonra veriləcək