hemle

Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib

Tarix:Dünən, 14:06
Baxış Sayı:468

Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Nobel Food İndustry" MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.

"Azərsun Holdinq"ə məxsus "Qafqaz" konserv zavodu və "Shervan" MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar "Made in Azerbaijan" brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.

Digər xəbərlər
11:25 Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb
11:19 İsrail İranın əks-hücumuna belə hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi
11:14 İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq
10:24 İsrail səfərbərlik elan etdi
10:14 Bu gün 37 dərəcə isti olacaq
09:38 “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi
09:33 İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
09:30 Əhaliyə xəbərdarlıq edildi: İran yaxın saatlarda İsraili vuracaq