Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Difai” filminin çəkilməsi adlı layihənin icrasının həyata keçirlməsi üçün aparılan çəkilişlərdə “Difai” təşkilatının araşdırmaçıları olan elm adamları iştirak etdilər. Azərbaycanın və Qafqazın əksər bölgələrində fəaliyyət göstərən difaiçilərin həyatı və fəaliyyəti ilə bağlı bütün məlumatların əlimizdə olmadığı qeyd olunur. Buna səbəb isə “Difai” təşkilatının çox gizli şəkildə fəaliyyət göstərməsi idi. Çünki Çar Rusiyası Azərbaycana qarşı çox məkrli siyasət aparırdı. İndiki kimi o vaxtlarda Rusiyanın Qafqazla bağlı planında Azərbaycanın məhv edlməsi əsas prinsip kimi götürülmüşdü. Elə buna görədə 1905-ci ildən başlayaraq terror təşkilatı kimi tanınan Daşnaksuyun təşkilatının azərbaycanlılara qarı qırgınları başladı. Rus canişinlərinin bu qırğının qarşısını almaq istəmədilər. Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qırğınların qarşısının alınması məqsədi ilə, 1906-ci ildə Azərbaycanın mütəfəkkür ziyalısı Əhməd bəy Ağaoğlunun təklifi ilə “Difai” təşkilatı yaradıldı. “Difai” təşkilatı bu işin öhdəsindən gələ bildiyi üçün rus canışınləri “Difai” təşkilatının üvlərinin məhvinə qərar verdilər.
Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı, “Difai” təşkilatının yaradıcı və idarəçilərindən olan Kərim bəy Mehmandarovin nəvəsi, tarix elmləri doktoru Eldar Əzizov “Difai təşkilatı ilə bağlı ilk araşdırma aparan elm adamlarından biri olub. Eldar Əzizovun bu araşdırmaya başlamağına səbəb Sovet dönəmində onun ətrafında olan ermənilərin ona qarşı münasibəti olub. Eldar Əzizovun dediyinə görə onunla birlikdə işləyən ermənilər onu öz düşmənlərinin nəvəsi kimi təqdim ediblər. Bundan sonra Eldar Əzizov araşdırıb və həqiqətləri üzə çıxarıb. Eldar Əzizov ““Difai” XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri” adlı elmi əsrini yazmışdır ki, filmə həmin əsərdən mənbə kimi geniş şəkildə istifadə edilib.
Şuşa qəzetinin Baş Redaktoru tədqiqtçı jurnalıist Vasiv Quliyev “Difai” təşkilatınin Şuşa şəhidirində olan fəaliyyəti əsas etibari ilə o vaxt Qarabağ əhalisinin xilasını həyata keçirdiyini, Şuşaya yaxın ərazilərdə ermənilərin zərəsizləşdirildiyini ifadə etdi. 1906-ci ildə yaranmış və 3 il fəaliyyət göstərmiş həmin müddət ərzində Qarabağda bir nəfərdə olsun Azərbaycan Türkünün milli zəmində ermənilər tərəfindən öldürülməsi qeydə alınmayıb.
“Difai” təşkilatı azərbaycanlıların həyatında çox böyük əhəmiyyətli iş görərək xaqın xilaskarı oldu. Belə ki, xaqlın maariflənmməsi iş yerlərinin açılması, təhsil məsələrinin təkmilləşdirlməsi, yeni məktəblərin açılması kimi köklü məslələrin həll edilməsi, ədalətin bərpa edilməsi üşün məhkəmə sistemində ciddi nəzarətin həyata keçirilməsi kimi tədbirlər görüldü. “Difai” təşkilatının niazmnaməsinin qarşıya qoyduğu və difaiçilərin qısa zamanda çox sürətlə həyata keçirdikləri işlər olub.
Tatix üzrə elmlər doktoru İradə Bağırova 1906 ci ildə Qarabağda rus çarının canişini olmuş Varatsov Daşkovun azərbaycanlılara qarşı məkrli hərəkətlrini, onun həyat yoldaşınında ermənilərin rüşvət müqabilində himayədarlıq etməsindən geniş məlumat verdi.
Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbrov isə “Difai” təşkilatının yaranma zərurəti və difaiçilərin rus çarlığı tərəfindən təqib edilməsi, “Difai” təşkilatının cismani olaraq məhv edilməsini tarixi mənbələrə istinadən qeyd etdi. “Difai” təşkilatının möhürü də rus çinovnikləri tərəfindən yandırılır. “Difai” təşkilatının üzvlərinin bir hissəsi məcburiyyət qarşısında ölkədən qaçır. Bir hissəsi sürgün edilir, digə bir hissəsi isə öldürülür. Beləliklə 1906-ci ildən 1909-cu ilə qədər fəaliyyət göstərən “Difai” təşkilatının üzvləruinin fəaliyyəti tamamən dayandırılır.
“Difai” məxfi fəaliyyət göstərən təşkilat idi. Azərbaycan Demokratik Cumhuriyyətinin yaradılmasında iştirak edən bəzi gizli difaiçilər Cumhuriyyətin yaradılmasnda “Difai”nin rolunun olmasınıda öz əməllərində göstərilər.
“Difai” filminin çəkilişi nəticəsində meydana çıxan ümumi nəticə Azərbaycan xalqının çox yüksək mədəniyyəti, hərbi və elmi, təsil mənimsəmə, ədalət prinsiplərini qoruma bacarığını, Azərbaycan türklərinin qeyri adi keyfiyyətlərini oratya qoydu. “Difai” təşkilatının 3 illik fəaliyyətində bu keyfiyyətlər çox geniş şəkildə təzahür etdi.
Azərbaycan türklərinin qarşılaşdıqları problemlər, milli mənsubiyyətə görə məhv olma təhlikəsinin qarşısının alınmasında xilaskar rolunu oynayan “Difai” təşkilatının həmin problemlərin həllidə göstərdiyi fəaliyyət layihənin icrası məqsədi ilə çəkilən filmdə öz əksini tapmışdır.
“Difai” Filminin ssenari müəllifi Etibar Məmmədovdur.
“Difai” filmi Vətən Tv medya Şirkəti tərəfindən çəkilmişdir.