hemle

“Difai” təşkilatı üzvlərinin ailə bağları....

Tarix:22-09-2020, 17:52
Baxış Sayı:821


ATESH,AZ saytının verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi birinci Qrand müsabiqəsində qalib olmuş layihəmizin icrasi üçün “Difai” filminin çəkilməsi nəzərdə tutulub. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ideyası əsasında həyata keçirilən layihənin vasitsi ilə “Difai” təşkilatı haqda geniş məlumat təqdim ediləcək. 1905-ci ildən etibarən “Daşnaksuyun” terror təşkilatının əli ilə Azərbaycan əhalisinə qarşı dəhşətli işgəncələr və qətillər həyata keçirilirdi. Bu qətillərin qarşısının alınması üçün Əhməd bəy Ağaoğlunun təklifi və rəhbərliyi ilə “Difai” təşkilatı yaradıldı. Erməni terrorunun qarşısını alan “Difai” təşkilatının rəhbərləri rus çarlığı tərəfindən təqiblərə və təhlükəyə məruz qalan təşkilat üzvlərinin bir hissəsi ölkədən qamaq məcburiyyətində qalıblar. Bəziləri sürgün edilib, bəzilri isə rus üsul idarəsi tərəfindən güllələniblər. Difai filmində biz Azərbaycan naminə faliyyət göstərən “Difai” təşkilatının üzvlərinin nəslindən olan insanlarında o şərəfli tarixdə haqqı olduğunu düşünürük. Həmin insanları ailə üzvləri təzyiqlərə məruz qalaraq məhrumiyyətlə yaşayıblar. Ümumiyyətlə Xalqımıza Sovet rejiminin dəhşətlərini yaşadan 1937-39 illərin represiyaları Azərbaycanın ziyalı kəsiminin məhvinə xidmət edib. Xalqın ziyalılarını öldürmək xalqın başını kəsməkdir. Ziyalısı olmayan xalq isə məhvə məhkum edilir. Azərbaycan xalqı çox mətanətli xalq olduğu üçün 300 illik rus hiyləsinə, rus təcaüzünə dözüb və bu gün dünya xalqları içərisində öz sözünü deyə bilir. Başı kəsilən ziyalılarımızdan biridə Kərim bəy Mehmandarovdur. Abdul Kərim bəy Mehmandarovun nəvəsi hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyən Eldar Əzizovdur. “Difai” filminin yaradıcı heyyəti ilə birlikdə Eldar Əzizovla görüşümüz baş tutdu.

Eldar Əzizov “Difai” filminin çəkilməsi ideyasını alqışladı. Yaradıcı heyyətə öz köməkliyini təklif etdi. Biz Eldar müəllimdən “Difai” filminin ingilis və rus dillərinə tərcümə edilməsinə köməklik etməyini xahiş etdik. Eldar müəllimdə öz növbəsində bizim xahişimizi nəzərə aldı və bizə köməklik edəcəyinə söz verdi. Bizim israrlı xahişimizi nəzərə alaraq Eldar Əzizov “Difai” filmində çəkilməyə razlıq verdi. “Difai” təşkilatının və Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri olan, Abdul Kərim bəy Mehmandarovun nəvəsi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar müəllim Əzizova “Difai” filminin yaradıcı heyyətinin və təşkilatımızın adından təşəkkür edirik.
Layihə rəhbəri Radə Abbas





ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı