hemle

Bu yalanı ifşa etmək o qədər də çətin deyil - Prezident

Tarix:16-10-2020, 20:56
Baxış Sayı:365

Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Ondan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan bizə açıq dəstək göstərdi.

ATESH,AZ saytı KONKRET.aza istinadən xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Ən çox dəstək göstərən qardaş Türkiyə olub və mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlarda çox dəqiq mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq əsgəri dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistan baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Məsələn, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında deyib ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil. Azərbaycanın Türkiyədən və Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir”, – Prezident əlavə edib.
ATESH,AZ

Digər xəbərlər
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari