hemle

Əsgərlərimizə qayğı hamımızın Vətən borcudur – Yardımsevərlərdən növbəti addım

Tarix:14-10-2020, 15:02
Baxış Sayı:419

Artıq 15 gündür ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlayıb.

Savaş başlayan andan Azərbaycan Ordusu ard-arda uğurlu əməliyyatlar həyata keçirərək, işğalda qalmış torpaqlarımızın müəyyən bir qismini azad edir və yüksək döyüş əzmi ilə böyük qələbəyə doğru irəliləyir. Hətta ötən gün həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükləri xalqda böyük ruh yüksəkliyi yaradıb.

Hər kəs bu qələbəyə, bu zəfərə bir kömək, bir yardım etmək üçün sanki yarışa çıxıb. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyatlarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət müəssisələri, şirkətlər, imkanlı şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Ötən gün bir qrup ictimai xadim və ictimai fəallar da orduya dəstək məqsədi ilə əsgərlərimizə növbəti dəfə sovqat dolu bağlamalar apardılar. İkinci dəfə də təşəbbüs Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasdan gəlib. Bu təşəbbüsə qoşulan vətənsevər xeyriyyəçilər: Qarabağ rayonu Müşfiqabad qəsəbəsi məscidi icmasının sədri Hacı İrşad Süleymanov, tarix elmləri üzrə fəlsəfə doktoru Ramazan Hüseynli, Qarabağ qazisi Cahandar Abbasov, I Qarabağ müharibəsi dövründə tibb bacısı işləmiş Nərgiz Teymurova, keçmiş döyüşçü Ədalət Teymurov, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin mətbuat xidməti katibi Svetlana Osmanlı bağlamaların çatdırılmasında şəxsən iştirak etdilər. Birliyin sədri Radə xanım bildirdi ki, Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Buna baxmayaraq ordumuzun uğurlarına çox sevininirik, çox şadıq deyə biz də səngərdə döyüşən balalarımıza əlimizdən gələn ən xırda köməyi göstərməyi özümüzə borc bilirik. Bu dəfə əsgərlərin bir qisminə qalın qış geyimləri, ərzaqlar, şirniyyatlar və başqa vacib ləvazimatlar dağlar qoynunda yerləşən hərbi hissənin əsgərlərinə çatdırıldı. İnanın ki, bir loxma çörəyi rahat yeyəndə, gözümün qarşısına əsgərlərimiz gəlir. Onların heç nəyə ehtiyacı olmasa da, bir ana kimi yediyim sanki boğazıma ilişir. Ona görə də, gəldik və sovqat gətirdik ki, biz də rahat olaq! Allah Ordumuzu, Xalqımızı və Ali Baş Komandanımızı qorusun!

Bax belə! Xalqımızın ordusuna güvənir, ordumuz isə tarix yazır!

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı!
Əntiqə RƏŞİD

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri

Digər xəbərlər
14:43 Yubiley medalı hansı jurnalistlərə veriləcək?
14:37 Milli Məclisin qərarı Ermənistanda qorxu yaratdı - Onlar qayıdır
14:33 Bakıya qarşı hərəkətə keçdilər - Bunları tələb edirlər
14:29 Cənubi Qafqaz uğrunda mübarizədə YENİ MƏRHƏLƏ - GÖRÜN NƏLƏR OLACAQ
13:59 Minimum əməkhaqqı artdı: Nə qədər sosial haqq ödəniləcək?
13:52 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama
13:48 Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq - RƏSMİ
13:44 Təyyarə qəzasında xəsarət alanlardan 1-nin vəziyyəti ağırdır - Rəsmi