hemle

Düşmən Horadizə ciddi ziyan vurdu

Tarix:13-10-2020, 23:18
Baxış Sayı:346

Sentyabrın 27-də - cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə də ciddi ziyan vurub.

ATESH,AZ saytı "Report"a istinadən xəbər verir ki, düşmənin ağır artilleriyadan istifadə edərək mülki obyektləri atəşə tutması nəticəsində Horadiz şəhərində xeyli sayda ev dağılıb.

Hazırda humanitar atəşkəs rejimi elan olunsa da, düşmən tərəfi daim atəşkəsi pozur, şəhər və kəndlərimizə mərmi yağdırır. Lakin buna baxmayaraq sakinlər şanlı Azərbaycan Ordusuna güvəndiklərini söyləyirlər. Onlar yaşadıqları evləri tərk etməyəcəklərini bildirirlər. Hazırda şəxsi təsərrüfatları ilə məşğul olan sakinlər qələbənin yaxında olduğuna ümidlidirlər.
ATESH,AZ

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT